MARSOL GROUP-un təşkilatçılığı ilə keçirilən tədbir Vidal Özəl Sənaye Məhəlləsi-də baş tutdu.

Sahibkarlar burada görüşüb

4/16/20263 dəqiqə oxu

6 avqust tarixində Marsol Group-un təşkilatçılığı ilə VİDAL Özəl Sənaye Məhəlləsinə ofis-istehsalat ziyarəti baş tutub. Ziyarətdə istehsalat sahəsində fəaliyyət göstərən 30-dan çox Marsol Group partnyoru iştirak edib.

İqtisadiyyat.az xəbər verir ki, tədbir müəssisədə təşkil olunan çay süfrəsi ətrafında tanışlıq görüşü ilə başlayıb. Açılış nitqi ilə çıxış edən Marsol Group-un təsisçisi və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının İdarə Heyətinin sədri Tural Mustafayev sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən layihələr, bizneslər arasında əməkdaşlığın gücləndirilməsi və ofis-istehsalat ziyarətlərinin sahibkarlar üçün yaratdığı imkanlar barədə məlumat verib.

Görüşdə iştirak edən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov isə istehsalat müəssisələrinin yeni iş yerlərinin yaradılmasında, məşğulluğun artırılmasında və əmək bazarının inkişafında oynadığı mühüm roldan bəhs edib. O, dövlət tərəfindən həyata keçirilən məşğulluq təşviqi mexanizmləri və bu istiqamətdə özəl sektorla əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb.

Daha sonra VİDAL Özəl Sənaye Məhəlləsinin direktoru Teyyub Cabbarov və Industrial Management and Development MMC-nin direktor müavini Cavid Qurbanlı müəssisənin fəaliyyəti, yaradılmış sənaye infrastrukturu, rezidentlər üçün təqdim olunan imkanlar və gələcək inkişaf perspektivləri barədə geniş təqdimatla çıxış edib, iştirakçıların suallarını cavablandırıblar.

Eyni zamanda, görüş çərçivəsində sahibkarlar öz fəaliyyətləri haqqında məlumat verərək tanış olub, yeni əməkdaşlıq imkanları müzakirə olunub, işgüzar əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində iştirakçılar üçün infotur təşkil olunub. Sahibkarlar sənaye məhəlləsində rezidentlər üçün yaradılmış şərait və imkanlarla yaxından tanış olub, tətbiq olunan texnologiyalar və biznes modelləri haqqında ətraflı məlumat əldə ediblər.

Qeyd edək ki, VİDAL Özəl Sənaye Məhəlləsi Azərbaycanın sənaye və istehsal sektorunun inkişafına töhfə vermək məqsədilə yaradılmış müasir sənaye ekosistemidir. Məhəllə rezidentlərinə tam hazır infrastruktur, "vahid pəncərə" prinsipi əsasında kompleks xidmətlər və dövlət dəstəyi mexanizmlərindən yararlanmaq imkanı təqdim etməklə innovativ, ixracyönümlü və dayanıqlı biznes mühitinin formalaşdırılmasına xidmət edir.

Qalereya

Əlaqə

Sual və təklifləriniz üçün bizimlə əlaqə saxlayın.

Əlaqə

Ünvan

info@vidal-industrial.az

+994 12 352 06 63

© 2025. Bütün huquqlar A.Ö.S.M tərəfindən qorunur.

Abşeron rayonu, Xırdalan şəhəri, Rafiq Dünyamalıyev 195

+994 55 755 95 77